Rejimsiz yuxunun fəsadları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yuxu bədənin bərpası və gündəlik funksiyalarının düzgün işləməsi üçün əhəmiyyətli bir prosesdir. Ancaq yuxu rejiminin pozulması, yəni hər gün fərqli saatlarda yatmaq və ya çox az və ya çox uzun yuxu yatmaq sağlamlıq üzərində ciddi fəsadlar yarada bilər.
Milli.Az xəbər verir ki, bu vəziyyətin yaratdığı sağlamlıq problemləri həm fiziki, həm də psixoloji sahədə özünü göstərir.
Düzənsiz yuxu bədənin immun sistemini zəiflədir. Yuxu zamanı orqanizm virus və bakteriyalarla mübarizə aparan immun hüceyrələrini gücləndirir. Yuxusuzluq və ya qeyri-müntəzəm yuxu bu prosesin düzgün həyata keçməsinə mane olur, nəticədə xəstəliklərə daha meyilli olunur.
Yuxu rejiminin pozulması, psixoloji sağlamlıq üzərində mənfi təsir göstərir. Rejimsiz yuxu serotonin və digər kimyəvi maddələrin balansını poza bilər, bu da əhval-ruhiyyə dəyişikliklərinə, narahatlıq və depressiyaya yol aça bilər. Uzun müddət yuxu problemi yaşayan şəxslərdə stres və narahatlıq hissi daha çox müşahidə edilir.
Yuxu beynin məlumatları emal etməsi və yaddaşı gücləndirməsi üçün vacibdir. Düzensiz yuxu yaddaşın zəifləməsinə və konsentrasiya problemlərinə yol açır. Bu, işdə və gündəlik həyatda performansın azalmasına səbəb ola bilər. Ayrıca diqqət və düşünmə qabiliyyətindəki azalma, daha çox səhvlərə yol açır.
Düzensiz yuxu ürək-damar sistemini də təsir edir. Tədqiqatlar göstərir ki, qeyri-müntəzəm yuxu, yüksək təzyiq, ürək xəstəlikləri və insult riskini artırır. Bununla yanaşı, orqanizmdə insulin müqavimətinin artması, diabet və metabolik problemlərin yaranma ehtimalını da artırır. Yuxu rejimi pozulmuş şəxslərdə hormonal balanssızlıq səbəbindən yemək vərdişləri də dəyişir. Bu, öz növbəsində, artıq çəki və piylənmə riskini artırır. Eyni zamanda metabolizmanın pozulması, bədənin enerji sərfini düzgün tənzimləyə bilməməsi ilə nəticələnir. Yuxu rejiminin pozulması nəticəsində yuxu keyfiyyəti pisləşir. Bədən kifayət qədər dincəlmədikdə yuxusuzluq, yorğunluq və baş ağrıları kimi şikayətlər meydana gəlir. Yuxusuzluq dövrü uzandıqca bədənin enerjisi tükənir və performans azalır.
Yuxu çatışmazlığı və qeyri-müntəzəm yuxu rejimi reaksiyaların yavaşlamasına səbəb olur. Bu, xüsusilə sürücülük zamanı ciddi təhlükələr yarada bilər. Yuxusuzluq və ya qeyri-müntəzəm yuxu yolda qəzaların baş vermə riskini artırır.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib





