Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər kəs, xüsusilə qadınlar ideal çəkiyə sahib olmaq istəyir. Bunun əlçatan yollarından biri dieta saxlamaqdır. Pəhrizlərin "n" qədər növü mövcuddur. Ancaq doğru üsul seçməmək insanın sağlamlığına ciddi ziyan vurur. Hətta bir sıra xarici mütəxəssislər iddia edir ki, ağır pəhriz üsullarından istifadə qadınları ana olmaqdan məhrum edə bilər.
Milli.Az bildirir ki, yenisabah.az-a mövzunu şərh edən həkim-dietoloq Leyla Zülfüqarlı deyilənlərə aydınlıq gətirib:
"Yağ toxuması mübadilə sisteminin vacib elementlərindən sayılır və orqanizm üçün əhəmiyyətli funksiya daşıyır. Bu səbəbdən doğru yağ toxumasının olması böyrəklərin sallanmasının qarşısını almış olur. Ona görə səhv üsulla arıqlayan insanların iç yağlarının çox parçalanmasının nəticəsində bu orqanların ətrafında yağlanma gedərkən, böyrəklər sallanır və xaricdən qarınətrafı yağlar qalır. Hormon mübadiləsinin ən mühüm mərkəzlərindən biri olan yağ toxumasında pozulmalar nəticəsində qadınlar hamilə qalmaqda çətinlik çəkirlər. Yağ toxumasının funksiyasından xəbərdar olmaq bu səbəbdən dolayı çox önəmlidir.
Hormonal disbalans olduqda bir çox hormonların, həmçinin cinsiyyət hormonlarının dəyişməsi nəticəsində qadınlarda ən ciddi mərkəz sayılan reproduktiv sistemin, qadın cinsiyyət orqanlarının funksiyasının itirilməsini dəfələrlə müşahidə etmişik. Bu praktikada çox geniş yayılan hadisədir. Sonsuzluğa səbəb olan amillərin içərisində qarınətrafı yağlarının öz funksiyasını itirməsi də yer alır.
Bir dietoloq olaraq, belə məsələlərdə özümü şanslı hiss edirəm. Çünki pasientlərimin içərisində 15-20 il müddətində sonsuzluqdan əziyyət çəkən qadınları arıqlatmağım nəticəsində onlara körpə bəxş edə bilmişik. Burada hər hansı bir ginekoloji müdaxilə yox, bizim hormonal sistemə etdiyimiz doğru təsir nəticəsində baş verən möcüzə olub".
Həkim vurğulayıb ki, qalıcı nəticə olmadıqda edilən pəhrizin heç bir mənası qalmır:
"Pəhriz saxlayan insanlar bunu nə qədər gözəllik üçün etsələr də, bir o qədər də sağlamlıq üçün olduğunu dərk etməlidirlər. Necə arıqlamaq sual altında olan bir məsələdir. Bu qədər asan bir məsələ olsa idi, indi bütün bloqqerlərin və arıqlamaq üçün müxtəlif yollardan keçənlərin qalıcı nəticələri olardı. Həmişə nəticə danışır. Bizdə elə pasient var ki, 60 kilonu 6 ay ərzində verib və heç bir qarın sallanması olmayıb. Hətta sallanmış qarını müalicə edib həmin insanı xroniki xəstəliklərdən xilas etmişik. İnsanlar bilsin ki, özbaşına arıqlamaq deyil, çəki artıran səbəbi tapıb onu aradan qaldırmaq lazımdır. Bu ən doğrusudur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Video/Foto))
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)





