Sağlamlıq

Bu giləmeyvənin suyu orqanizmi 17 növ xərçəngdən qoruyur

27 Sentyabr 2024 12:44
Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı həkimlər xərçəngdən qoruyan içkinin adını çəkiblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, onlar zoğal suyunun bu xüsusiyyətə malik olduğunu bildiriblər.

Qeyd olunub ki, zoğal suyu orqanizmi 17 növ xərçəngdən qoruyur. Mütəxəssisin fikrincə, içkinin qəbulu qida borusu, mədə, yoğun bağırsaq, prostat vəzi, qlioblastoma, limfoma və digər növ xərçənglərin inkişaf riskini azaldır.

Zoğal müxtəlif təsir mexanizmlərinə malik çoxlu sayda bioloji aktiv maddələr ehtiva edir. Giləmeyvə mədə xərçənginə səbəb olan "Helicobacter pylori" bakteriyasına təsir edib.

"Zülal bu bakteriyanın fəaliyyətini maneə törədir. Onun mədə xərçənginin xəbərçisi olduğunu nəzərə alsaq, onun məhv edilməsi və ya basdırılması bu xəstəliyin riskinin azalmasına gətirib çıxarır", - deyə həkim qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.