Sağlamlıq

Bu yarpaq diabet xəstələri üçün çox faydalıdır

28 Avqust 2024 21:38
Baxış: 2 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tut yarpağı təbii sağlamlıq qaynağı olaraq müxtəlif faydalar təmin edir. Onun tərkibində bol miqdarda vitaminlər, minerallar və antioksidantlar mövcuddur.

Milli.Az foodinfo.az-a istinadən xəbər verir ki, tut yarpağı çayı qan şəkərini tənzimləməyə kömək edir ki, bu da diabet xəstələri üçün çox faydalıdır.

Bundan əlavə, tut yarpağı iltihab əleyhinə təsir göstərir, immun sistemini gücləndirir və orqanizmdəki sərbəst radikalların zərərli təsirini azaldır.

Damarları genişləndirərək qan təzyiqini tənzimləyir və ürək-damar sağlamlığını dəstəkləyir. Həmçinin həzm sistemini yaxşılaşdırır, qəbizlik və digər həzm problemlərinə qarşı da çox təsirlidir.Nəticədə, tut yarpağı müxtəlif sağlamlıq problemlərinə qarşı təbii vasitə olaraq istifadə edilə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.