Dünyanın ən ölümcül yeməyi – Bir qaşıq yemək sizi xərçəng xəstəsi edə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Asiya mətbəxi dünyanın ən məşhur mətbəxlərindən biridir. Suşidən tutmuş şirin və turş souslu toyuğa qədər bir çox Asiya mətbəxi nümunəsi zövqlə yeyilir.
Ancaq Taylandda çiy balıqla hazırlanan "Koi pla" adlı yeməyin tərkibindəki bakteriyalara görə ölümcül olduğu bildirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu Tayland yeməyi ölümcül ola bilər.
Taylandın məşhur delikateslərindən biri olan "Koi pla" sağlamlığı ciddi şəkildə təhdid edir.
Səlahiyyətlilər tərəfindən "sağlamlıq üçün təhlükəli" olaraq xarakterizə edilən bu yeməkdən bir qaşıq yemək belə insanda qaraciyər xərçənginin yaranmasına səbəb ola bilər.
"Koi pla" doğranmış çiy balıqların müxtəlif otlar, ədviyyatlar və limon şirəsi ilə qarışdırılması ilə hazırlanır. Yemək ölkənin ən yoxsul bölgələrindən biri olan İsaan və Xon Kaen əyalətlərində çox məşhurdur. İsaan bölgəsi bu qidanın həddindən artıq istehlakı səbəbindən dünyada xolangiokarsinoma qaraciyər şişi və öd yolları xərçənginin ən çox yayıldığı yerdir.
Kanserogen qidanın Taylandda hər il 20 000 nəfərin ölümünə səbəb olduğu düşünülür.
Hər il milyonlarla insan tərəfindən müntəzəm olaraq istehlak edildiyi bildirilən yeməyin zərərli olmasının səbəbi də təəccübləndirir. Belə ki, Yeməkdə istifadə edilən balıqların Mekonq bölgəsindəki bir su hövzəsindən gəldiyi deyilir. Bu suda yastı qurdlara çox rast gəlinir. Tibb mütəxəssislərinin fikrincə, bu parazitar öd yollarının xərçənginə səbəb ola bilir.
"Koi pla" ilə mübarizə aparanlardan biri də bu yeməyi yeyən valideynlərini qaraciyər xərçəngi səbəbilə itirən doktor Naronq Kuntikeodur.
O, 2017-ci ildə "səssiz qatil"in qarşısını almaq üçün alimlər, həkimlər və antropoloqlardan ibarət komanda yığıb. Dörd il ərzində komanda İsaan bölgəsindəki kənd sakinlərini ultrasəs aparatlarından və testlərdən keçiriblər.
Tədqiqatın nəticələrinə görə, bəzi icmalarda yaşayanların 80 faizinin bədənində ölümcül parazit tapılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Xiyarın möcüzəvi faydaları
-
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
-
Tər çox güclü dərman imiş...
-
120 il yaşamaq üçün nə edək?
XƏBƏR LENTİ
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
İsmayıllıda ağır qəza: 2 ölü var
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)





