Sağlamlıq

Ərp bağlamış qablardan istifadə 2 orqanı sıradan çxıarır

1 İyun 2024 17:00
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cod sudan ərp bağlamış çaydan və qablardan dəfələrlə istifadə orqanizm üçün təhlükəli ola bilər.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, endokrinoloq Oksana Mixaleva belə qablar barədə xəbərdar edib.

"Qalın ərp bağlamış çaydanı uzun müddət istifadə etdikdə, onda olan zərərli birləşmə və duzlar orqanizmə keçib toplanır. Çaydan divarında ərp cod suda həll olmayan duzlar, karbonat kalsium və maqniydən yaranır.
Onlar orqanizmə düşdükdə həzm sistemi tərəfindən zəif mənimsənilir, böyrəklərə zərbə vurur.
Çünki kalsium artıqlığında böyrəklər daha aktiv işləyib onları bədəndən çıxarmağa başlayır.
Əgər bu müntəzəm olaraq baş versə, böyrəklərdə qum, sonra da daş yarana bilər.
Hətta daş əmələ gəlməsə belə böyrəklər zamanla funksiyasını zəiflədir və digər xroniki xəstəliklər yaranır.

Belə qablardan istifadə damarların da kalsium yığıntısı ilə tutulmasına səbəb olur.
Belə qabda içilən çay damarları zəiflədir, zədələyir, aterosklerotik tıxanmalara gətirib çıxarır.

Xüsusilə uşaqlar, yaşı 50-dən yuxarı olanlar üçün belə su təhlükəlidir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.