Sağlamlıq

Dişlərin saralmasının əsas 9 səbəbi

28 Mart 2024 07:07
Baxış: 1 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dişlərin təbii rəngi diş minasının sıxlığı, diş toxumasının keyfiyyəti (dentin) və dişlərin mikrorelyefi ilə müəyyən edilir. Bu amillər də öz növbəsində genetikadan asılıdır. Bundan əlavə, sağlamlıq vəziyyəti və ya xarici təsirlər dişlərin rənginə təsir göstərə bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bir insanın dişləri qar kimi ağ olsa belə, siqaret çəkəndə, tez-tez isti qara çay və ya qəhvə içəndə dişləri zamanla sarıya çevrilə bilər.

Əksinə, bir insanın diş minası başlanğıcda çox ağ deyilsə, eyni zamanda sağlam həyat tərzi sürürsə, o, gözəl bir təbəssüm saxlaya bilər.

Dişlərin rənginə təsir edən amillər:

• rəngləndirici qidaların və içkilərin istehlakı;

• siqaret çəkmək;

• əlvan metallarla (məsələn, dəmir və ya nikel) və uçucu maddələrlə (məsələn, brom, yod) təmasda olmaq;

• pulpa böyüməsi;

• sinirin depulpasiyası və ya ölümü;

• yaşla əlaqədar baş verən dəyişikliklər;

• qaraciyər və öd yollarını təsir edən xəstəliklər;

• müəyyən dərman vasitələrinin istifadəsi;

• xəsarətlər.

Yuxarıda sadalanan təsirlərə görə, dişlər təkcə sarı deyil, həm də digər çalarlar, məsələn, yaşıl, boz, mavi, çəhrayı, hətta qara rəngə çevrilə bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory