Hadisə, Kriminal

Su boruları oğurlayan şəxs saxlanıldı

13 Aprel 2026 13:35
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağsuda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Rayon ərazisində 120 metr uzunluğunda iri diametrli su boru kəməri naməlum şəxs tərəfindən talanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Namiq Haxverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Haxverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.