Hadisə

İmişlidə evdə YANĞIN

13 Aprel 2026 14:04
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İmişlidə fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə İmişli şəhər Pənah Həsənov küçəsində qeydə alınıb. 

Rahilə Quliyevaya məxsus fərdi yaşayış evində  başlayan alov qısa müddətdə güclənib.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğın Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. 

Yanğın nəticəsində ümumi sahəsi 168 kvadratmetr olan bir mərtəbəli 7 otaqlı evin dam örtüyü 3 otaq və yanar konstruksiyaları  yararsız hala düşüb, evin 4 otağı yanğından mühafizə edilib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.