Hadisə

Mehman Nəsibov rəhbər vəzifəyə təyinat ALDI

13 Aprel 2026 14:39
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni təyinat olub.

Milli.Az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mehman Nəsibov Agentliyin Rəqəmsal Həllər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, M.Nəsibov 2009-cu ildən Agentlikdə çalışır. O, bu illər ərzində baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləyib. M.Nəsibov ötən il Prezident İlham Əliyevin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib./iqtisadiyyat.az

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.