Sağlamlıq

Nəsildən nəslə irsən ötürülən xərçəng növləri

6 Fevral 2024 21:10
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox xərçəng növləri valudeynlərdən irsən ötürülür.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yuliya Şubina həmin növləri sadalayıb:

"Süd vəzi, mədə, yumurtalıq, medulyar xərçəng və yoğun bağırsaq xərçəngi genetik daha çox ötürülür.

Genetik xərçəng onkoloji xəstəliklərdə məhdud həddədir. 80% xəstələrdə şiş spontan yaranıb inkişaf edir. Belə şişlər təsadüfi mutasiyalar nəticəsində olur.

Orqanizmə çox sayda kanserogen daxil olarsa və ya qeyri-sağlam həyat sürülərsə müəyyən yaşda baş qaldırır.

Qan bağında belə xərçəng olan qadınlar öncədən genetik analizlər verməlidir ki, riski qiymətləndirsin.

Ailədə, nəsildə mədə-bağırsaq xərçəngi olanlar artıq 35 yaşdan hər 2-3 ildən bir qastroskopiya, kolonoskopiyadan keçməlidir.

Amma 90% halda insanın hansı xərçəng növünə daha çox meyilli olduğunu öncədən təyin etmək mümkün deyil".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.