Sağlamlıq

Kişilər ofisdə xəstəlik yayır

31 May 2012 16:44
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Nyu-York, San-Fransisko və Tuskon şəhərlərində 90 şirkətin ofisində aparılmış araşdırmalar zamanı məlum olub ki, kişilərin iş yerləri daha çirklidir.

Milli.Az "WebMD"yə istinadən bildirir ki, 90 ofisin kişi əməkdaşlarının iş yerlərində 500-dən artıq bakteriya tapılıb.

Araşdırmanın rəhbəri, San-Dieqo universitetinin bioloqu Skott Kellinin dediyinə görə, tədqiqat zamanı masaların üstü, telefonlar, stullar, kreslolar, kompüter "siçan"ları və klaviaturalar yoxlanılıb.

"Kişilərin iş yerlərində bakteriyalar hər yerdə var idi. Xüsusilə, telefonlar və stullar daha çirkli idi. Patogenlər asqırıq və öskürək vasitəsilə yayılır, dəridən keçirdi. Lakin mədə-bağırsaq yolunun bakteriyaları daha çox idi", - Kelli deyir.

"Ola bilər ki, bunun səbəbi qadınlarla müqayisədə kişilərin vücudlarının daha iri olmasıdır. Yəni onların dərilərinin səthindən daha çox bakteriya yayılır. Fəqət, həqiqət budur ki, qadınlarla müqayisədə kişilər daha az təmizkardırlar".

"PLos One" jurnalı bildirir ki, havası quru, sərin olan ofislərdə bakteriyaların sayı daha az olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.