Sağlamlıq

Sonsuz kişi və qadınların sayının artmasının səbəbləri

23 Yanvar 2024 07:10
Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada sonsuz kişi və qadınların sayı getdikcə artır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Moskvada (Rusiya) keçirilən XVIII Beynəlxalq Reproduktiv Təbabət Forumunda açıqlama verilib.

Bildirilir ki, dünya əhalisinin sayı artsa da, ailələrdə uşaqların sayı azalır. Belə ki, hələ 60-cı illərdə bir qadına orta hesabla 2,5 doğuş düşdüyü halda 2021-ci ildə isə cəmi 1,5 olub.

O da vurğulanıb ki, qadınlar daha gec yaşlarda doğuş etməyə başlayıblar. Bu uşaqda genetik anormallıqlar və anada isə sağlamlıq problemləri riskini artırır.

Alimlər bildiriblər ki, kişi sonsuzluğuna daha çox stress, pis vərdişlər və pis ekologiya təsir göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.