Sağlamlıq

Yuxuda kabus görməmək üçün necə yatmalıyıq?

17 Yanvar 2024 01:01
Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sol böyrü üstə yatan insanlarda kabus görmə riski daha yüksəkdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Sleep and Hypnosis" jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub

Qeyd olunur ki, sol tərəfdə yatan insanların 41%-i yuxuda kabus görür. Sağ böyrü üstə yatmağa üstünlük verənlər arasında kabuslar 15%-də baş verir.

Bu, çox güman ki, sol tərəfdə yatan insanların ürəyinə daha çox düşən yük ilə bağlı ola bilər. 2018-ci ildə aparılan və "BioMedical Engineering OnLine" jurnalında dərc olunmuş bir araşdırma bunun ürəyin stres zamanı fəaliyyəti ilə əlaqəli olduğunu müəyyən edib. Ürək xəstəliyi olmayan insanlarda ciddi problemlərin yaranması ehtimalı azdır, lakin yuxu zamanı narahatlıq hissi xoşagəlməz yuxulara səbəb ola bilər.

Xüsusilə obstruktiv yuxu apnoesi olan insanların arxası üstə yatmaları da xoşagəlməz yuxulara səbəb ola bilər. Bu vəziyyət tez-tez xoruldama və tənəffüs tutulması ilə müşayiət olunur. Arxası üstə uzanmaq həmin simptomları pisləşdirir və tez-tez oyanmalara, narahat yuxular və kabuslara səbəb ola bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.