Sağlamlıq

Siqaretə alışqanlıq irsidir?

28 May 2012 10:21
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "WebMD"yə istinadən bildirir ki, bunu ABŞ-da aparılan, siqaret çəkən və çəkməyən 32 min afroamerikalının cəlb olunduğu genom tədqiqatları eksperimenti sübut edib.

"Səbəbkar" nikotin reseptoru geninin variasiyasıdır. O, gün ərzində çəkilən bir əlavə siqaretə bərabərdir.

DNT-dəki həmin məkan insanların etnik mənsubiyyətindən asılı olmayaraq nikotindən asılılığın biologiyasını müəyyənləşdirməyə imkan verir.

Nyu-Yorkdakı Memorial Xərçəng Mərkəzinin (Memorial Sloan-Kettering Cancer Cente) əməkdaşı Yelena Furberqin dediyinə görə,  afroamerikalılar avropalılarla müqayisədə daha gec yaşda siqaret çəkməyə başlayır, gün ərzində daha az siqaret çəkirlər. Lakin onlarda ağciyər xərçəngi riski daha çoxdur, siqareti daha çətin tərgidirlər.

Stenford Universiteti nəzdindəki Tibb Məktəbinin professoru Şon Devid deyir ki, nikotin asılılığının ağırlıq səviyyəsi və gün ərzində çəkilən siqaretlərin sayı baxımından səbəblərin 50 faizi genlərlə bağlıdır.

Hazırda ağır nikotin asılılığına meylli insanları genetik skrininq vasitəsilə müəyyənləşdirmək olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.