Antibiotik xəbərdarlığı: “Hər gün qəbul edilməzsə…”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qış mövsümündə vətəndaşlar artan xəstəliklərdən qorunmaq üçün tez-tez antibiotiklərdən istifadə edirlər. Lakin zərərli bakteriyaları məhv edən antibiotiklər, həmçinin immunitet sisteminə də zərər verə bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə türkiyəli mütəxəssis Müzalin Çiğdem Yıldırım danışıb.
Antibiotik istifadəsində çox diqqətli olmağı tövsiyə edən mütəxəssis bu dərmanların yan təsirlərindən də bəhs edib.
"Antibiotiklər təsirli dozalarda, optimal fasilələrlə və uyğun zamanda istifadə edilməlidir. Ən çox görülən yan təsirləri qaşınma, səpgilər, nəfəs darlığı, ürək döyüntüsü kimi allergik simptomlar və ishal, qəbizlik, ürəkbulanma, qusma və qarın ağrısı kimi həzm sistemi narahatlıqlarıdır. Bəzi antibiotiklər qadınlarda vaginal pozğunluqların yaranmasına da səbəb ola bilər", - deyə Müzalin Çiğdem Yıldırım bildirib.
Mütəxəssisin sözlərinə görə, antibiotiklər həkim tövsiyəsi olmadan reseptsiz istifadə edilərsə, başda böyrək və qaraciyər olmaqla bir çox orqanlara zərər verə bilər.
"Bəzi antibiotiklər digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Bu da müxtəlif reaksiyaların yaranmasına və ya hər hansı müalicənin effektivliyinin azalmasına səbəb ola bilər", - deyə o əlavə edib.
"Antibiotiklər hər gün eyni vaxtda qəbul edilməlidir. Bu, həm dərmanın təsir müddəti, həm də müqavimətin formalaşması baxımından vacibdir", - deyə Yıldırım bildirib.
Əksər antibiotik müalicəsinin 7-14 gün davam etdiyini bildirən mütəxəssisin sözlərinə görə, bəzi hallarda daha qısamüddətli müalicələr də müsbət nəticələr verə bilər.
"Müalicə başa çatmamış antibiotik qəbulu dayandırılarsa, bu zaman bakteriyaların tamamilə məhv olması və tam sağalma mümkün olmaz. Bakteriyalar daha sonra antibiotiklərə qarşı davamlılıq qazana bilər və dərmanlar təsirini itirər. Hər bir antibiotikin optimal təsir müddəti var ki, buna əməl edilməzsə, dərmanın təsiri azala bilər, həmçinin bakteriyalar çoxalmağa başlayar. Antibiotiklər ən tez 72 saat ərzində təsir göstərir. Əgər vaxtında qəbul etməmisinizsə, xatırladığınız zaman qəbul edə bilərsiniz. Əgər buraxılmış dozanın vaxtı ilə yeni dozanın qəbul vaxtı üst-üstə düşürsə, həmin saatda qəbul ediləcək dozanı içə bilərsiniz", - deyə Müzalin Çiğdem Yıldırım qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





