Sağlamlıq

Azərbaycan uzunömürlülüyə görə axırıncı pillələrdədir

23 Noyabr 2023 18:59
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya İqtisadi Forumunun "Qlobal Gender Fərqi" indeksinə görə, Azərbaycan 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı "Azərbaycanda DİM-in Maliyyələşdirilməsi" ilə bağlı dərc olunan hesabatında qeyd olunub.

İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlük və s. göstəricilərinə əsasən onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.