Sağlamlıq

Tort xoşlayanların nəzərinə - Qorxulu zərəri açıqlandı

21 Oktyabr 2023 21:45
Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürək hər nə qədər güclü orqan olsa da qidalar, xüsusən yağlar onun işini poza bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anna Biryukovanın sözlərinə görə, ürəyin qatı düşməni trans yağlardır.

"Müasir qidaların çoxunda bu yağ var. Orqanizm trans yağı aylarla, illərlə həll edə bilmir, ona görə uzun müddət qanda dövr edir, pis xolesterinin səviyyəsini artırır, damar tıxanmasına səbəb olur.

Hazırda marqarin, hətta kərə yağı, kakao yağ, şokolad yağı, spred yağlar, bütün tort, konfet, şokoladlarda, qənnadı və fast-fud məhsullarında çoxdur. Əslində 100 qram yağda 2 qr trans yağ zərərsiz hesab edilir, amma istehlakçılar bu şərtə əməl etmir və məhsulda real nə qədər trans yağ olduğunu bilə bilmərik.

Popkorn, kartof-fri və paket qidalarında trans yağın miqdarı göstərilmir.

İstehsalçılar hiylə işlədərək bu yağın adını kulinar, bitki, hidroqenizə olunmuş və s. adlandırır.

Bundan başqa doymuş yağlar da pis xolesterini artırır. Bu yağ daha çox süd məhsulları, pendir, kəsmikdə olur. Eləcə də palma və kokos yağı, bir sıra bitki yağlarında var.

Xörək duzu ürək üçün ikinci zərərli məhsuldur.
Duz çoxluğu ürək-damar və təzyiq xəstəliyinin tətikçisidir.

Biz gün ərzində 80% gizli duzu qəbul edirik, hansı ki, bütün ərzaq məhsullarına vurulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.