Sağlamlıq

Gözdə “itdirsəyi” – Təhlükəlidir?

13 Sentyabr 2023 23:15
Baxış: 2 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gözdə itdirsəni sıxmaq, onun üzərinə sidik və müxtəlif məhlullar çəkmək olmaz. "İtdirsəyi" ilə ehtiyatsız davranışlar görməni zədələyə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə oftalmoloq Vlada Hasanova bildirib.

Elmi dildə adı qordeolum olan kəskin iltihabi proses gözdaxili və xarici ola bilər.

"Xəstəliyin ilk 3 günündə ətrafı şişkin qızartılı sarı ləkə əmələ gəlir. Ən çox aşağı və üst kiprik diblərində olur. 4 gündən sonra irinin başı görünür və bu adətən, sızanağa oxşayır. Bu içi dolu sızanaq partlayandan sonra xoşagəlməz ağrı və simptomlar azalmağa başlayır.

Vacib məqam, itdirsəyini sıxıb çirkini çıxarmamaq, ora çirkli əl, dəsmal sürtməməkdir.
Belə ki, gözün üstündə çox incə birləşdirici toxuma yerləşir, siz itdirsəyini sıxanda içəridən irin bu toxuma ilə gözün daha dərinlərinə və hətta kəllə içinə kimi yayıla bilər. Bu isə beyin üçün təhlükəlidir".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.