Sağlamlıq

Qızılcaya yoluxma kəskin artıb - ÜST

12 Sentyabr 2023 22:48
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son bir il ərzində türk dünyası coğrafiyasında qızılcaya yoluxmada artım müşahidə olunur.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Qeyd olunub ki, ən çox yoluxma Türkiyədə qeydə alınıb. Son 1 il ərzində qardaş ölkədə qızılcaya 2 min 986 nəfər yoluxub. Eyni zamanda, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da artım olub.

ÜST-ün əvvəlki hesabatına görə isə Türkiyədə qızılcaya 1543 yoluxma qeydə alınıb. Yəni göstərici bir il ərzində təxminən 2 dəfə artıb.

Mütəxəssislər bildiriblər ki, yoluxmanın qarşısını almaq məqsədilə peyvəndlənməyə ehtiyac var.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.