Sağlamlıq

Gündə 5 dəqiqə yetər, xərçəng riskini AZALDIR

27 Avqust 2023 00:45
Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sidney Universitetinin alimləri gündə 4,5 dəqiqə güclü idman bəzi xərçəng növlərinin riskini 32 faiz azalda biləcəyini müəyyən ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, təcrübədə bir həftə ərzində gündəlik aktivlik izləmə cihazları taxan və idman etməyən 22 398-dən çox insan iştirak edib. Xəstələrin orta yaşı 62 olub. Yeddi ildən sonra tədqiqatçılar müxtəlif fəaliyyət səviyyələri olan iştirakçıların xərçəng xəstəliyinə tutulma hallarını qiymətləndiriblər.

Təhlil göstərib ki, gündəlik tapşırıqlar zamanı cəmi 4-5 dəqiqəlik güclü fiziki fəaliyyət xərçəngin ümumi riskini 18, qeyri-kafi fəaliyyətlə əlaqəli xərçəng riskini isə 32 faiz azaldır. Əvvəlki araşdırmalar göstərib ki, məşq etməyən yetkinlərdə döş, endometrium və kolon xərçəngi inkişaf riski artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.