Yuxu iflici nədir? - Cadu, yoxsa cin vurması?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu halı çox adam yaşayıb. Dəhşətli yuxu görürsən yuxuda olduğunu anlasan da, hərəkət edə və ya danışa bilmirsən. Yuxudaykən kiminsə səni vurduğunu düşünürsən, otaqda kiminsə varlığını hiss edirsən. Özünü ölmüş hiss etmək yuxu iflici hadisəsinin məşhur əlamətlərindən biridir. İnsan özünü ölü bədəndə qalmış şüur kimi hiss edir. Yaranmış panika nəticəsində isə heç cürə yuxudan ayıla bilmir. Bu adətən nəfəs almaqda çətinlik, ölüm hissi, həddindən artıq tərləmə, skelet əzələsinin müvəqqəti və ya qismən iflici ilə müşayiət olunur. Xalq arasında bu hala "cin vurması, kabus, cadulu olmaq" da deyilir. Lakin tibb elmi bu terminin adını yuxu iflici adlandırır.
Milli.Az lent.az-a istinadən bildirir ki, yuxu iflici ilk dəfə 14-17 yaş arası insanlarda, yəni, yeniyetməlik dövründə müşahidə olunur. Çox vaxt 30 yaşa qədər görünə bilər. Tədqiqatlar insanların 5 faizinin müntəzəm, 40 faizinin isə, tez-tez yuxu iflicindən əziyyət çəkdiyini müəyyən edib. Yenidən yuxuya getdiyiniz və ya tamamilə oyandığınız zaman yox olan yuxu iflici bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər.
Bir çox insanlarda yuxu iflici o qədər sürətli baş verir ki, bunu yuxu kimi tez unudurlar. Bəzən isə kabus aylarla təkrarlana bilir.
İnsan yatarkən beyin və skelet sistemi xüsusi rejimə keçir. Rast gəlinən yuxu iflici xəstəlik deyil. Ancaq bu hansısa xəstəlik səbəbindən və ya müxtəlif xəstəliklər nəticəsində baş verə bilər. Yuxu iflicinin ən təhlükəli tərəfi narahatlıq və panikaya səbəb olmasıdır.
Bəzən yuxu iflici və buna bənzər vəziyyətlər nevroloji pozğunluqdan qaynaqlana bilər. Əgər tez-tez yuxu ifliciniz varsa, iflicin müddəti uzundursa və həyat keyfiyyətinizə təsir edəcək həddə çatıbsa, həkimə müraciət edin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
XƏBƏR LENTİ
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi
-
Vəkil Orxan Kəngərli həbs olunub - Yenilənib
-
Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
Tbilisidə binada partlayış - 4 nəfərin meyiti çıxarılıb
-
8 saatlıq yuxu qaydası dəyişir
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Məhəmməd Musayev Özbəkistanda bürünc medal qazandı - (Foto)
-
Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı
-
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək
-
Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər
-
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
-
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir - təxribat
-
Hövsanda su problemi nə vaxt həll olunacaq?
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Bakıda kanalizasiyaya düşərək ölən gəncin işi üzrə vəzifəli şəxsə hökm oxundu
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
-
BDU-nun dosentinin intiharından əvvəl yazdığı məktub üzə çıxdı
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - (Foto)
-
Bakıda küləyin sürəti 28 m/san-yə çatacaq - Xəbərdarlıq
-
Tanınmış xanəndənin anası ilə oğlu ilk dəfə efirdə (Video)





