Sağlamlıq

Çay və qəhvə nə zaman təhlükə yaradır?

5 May 2023 07:07
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diyetoloq İnna Kononenko hesab edir ki, çay, qəhvə və bəzi pəhrizlər dəmirin orqanizmdə sorulmasına mane olur.

Milli.Az xəbər verir ki, həkim bu barədə "Radio Komsomolskaya Pravda"ya müsahibəsində deyib.

Həkim bildirib ki, dəmir çatışmazlığı daha çox qida rasionunda karbohidratlı qidaların üstünlük təşkil etməsi, vegetarian pəhriz və mağazalarda müasir qaydalarda satılan ətin keyfiyyətsiz olması nəticəsində baş verir. Bununla belə bəzi məhsullar da bu elementin mənimsənilməsinə mane olur.

"Çay, qəhvə, həmçinin yulaf, qəhvəyi düyü, mərcimək, noxud, ağ lobya kimi tərkibində fitik turşusu olan qidalar dəmirin mənimsənilməsinin qarşısını alır. Dəmir çatışmazlığı varsa, onların istifadəsini məhdudlaşdırmaq vacibdir", həkim qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.