Sağlamlıq

Qocalmanın ideal formulu nədir?

30 Aprel 2012 21:37
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az WebMD-ə istinadən bildirir ki, bununla bağlı "Trends in Cognitive Sciences" jurnalında məqalə dərc olunub.

İnsan yaşlaşdıqca onun hafizəsi və yaddaşı zəifləsə də, əslində belə zəifləmə müxtəlif insanlar arasında fərqli olur.

Beyin skanlaşdırılması ilə bağlı aparılmış tədqiqatlar göstərir ki, yaddaşı korşalmamış yaşlı insanların beyinləri problemlərlə üzləşmiş qocaların beyinləri ilə müqayisədə gənclərin beyinlərinə daha çox bənzəyir.

"Deməli, artıq yaranmış problemləri həll etməkdənsə, fəsadlı dəyişikliklərə ilk əvvəldən yol verməmək daha asandır. Doğrudur, beynin sisteminin bəzi bölgələri artıq 30-40 yaşda qocalmağa başlayır, bəzi bölgələr isə insan yaşlaşdıqca, daha da yaxşı çalışır", - Umea Universitetinin professoru Lars Niberq bildirib.

Qocalma prosesində genlər mühüm rol oynasa da, sosial təmaslar, xüsusilə də yeni əlaqələr beynin cavan qalmasına yaxşı təsir edir. Çünki yeni əlaqələr və təmaslar beyindəki neyrokimyəvi birləşmələri stimullaşdırır.

Sosial təcrid isə tam əksinə, beynin qocalmasının sürətləndirir.
Ən pis variant tək-tənha evdə oturub televizora baxmaqdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.