Tikanlarla əhatə olunmuş qanqalın SİRRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yazın əvvəlində yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən ala qanqalın şirəli özəyini böyükdən kiçiyə hamı xoşlayır. Onu dibindən kəsib, bıçaqla tikanlarını təmizlədikdən sonra qabığını soyub yeyirlər. O qədər də dadlı olmasa da, çox faydalıdır. Xalq təbabətində qanqal çox geniş istifadə olunur.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə deyib: "Alaqanqalda zəngin silimarin maddəsi var. Silimarin həm də alaqanqalın yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığına və öd qatılığına da faydalıdır. Öd və qaraciyərdən qaynaqlanan dəri ləkələri zamanı qanqal yeyilməsi məsləhət görülür. Vitamin və minerallarla zəngin olduğuna və yeni qan yaratdığına görə uşaqların da yeməsi xeyirlidir. Bundan başqa qanqal böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı böyük fayda verir".
Ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı qanqaldan müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlanır. Bitkinin ən xeyirli hissəsi onun toxumlarıdır. Qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır.
Həkim-fitoterapevt bitkidən istifadə ilə əlaqədar reseptlər də deyib: "Qanqalın toxumları yığılır, qəhvəüyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınır. Gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 1 ay aparılandan sonra 1 ay fasilə verilir və yenidən 1 ay təkrar edilir.
Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmazdan əvvəl yarım stəkan qəbul edilir. Dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırsaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə, həmçinin qaraciyəri yaxşı təmizləyir, öddə olan durğunluğu aradan qaldırır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ebola" sürətlə yayılır, ölənlərin sayı 131-ə çatdı
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Koronavirusun yeni ştammı AŞKARLANDI
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





