Sağlamlıq

Manikür lampaları təhlükəlidirmi?

26 Fevral 2023 20:09
Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Manikür zamanı istifadə olunan lampalar həssas dərili insanlar üçün təhlükəlidir. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, manikür lampaları dəri hüceyrələrinin zədələnməsinə və hətta ölümünə səbəb olur. 

Alimlər bildirib ki, dərilərində hər hansı problem olan şəxslərdə bu lampalardan tez-tez istifadə dəri xərçənginə gətirib çıxara bilər. 

Məlumata görə, kiçik dozalarda ultrabənövşəyi şüalar orqanizmdə D vitamininin sintezi, beyin qabığında proseslərin aktivləşməsi, zehni və fiziki göstəricilərin artması, yaraların və xoraların daha tez sağalması üçün lazımlıdır. Bununla belə, ultrabənövşəyi radiasiyaya uzun müddət və intensiv məruz qalma müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişafına şərait yaradır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.