Sağlamlıq

Koronavirusdan sağalanlar ürək problemləri ilə üzləşirlər

13 Fevral 2022 18:36
0 Şərh     Baxış: 1 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da aparılan yeni araşdırmaya görə, insanlar COVID-19-dan sağaldıqdan uzun müddət sonra yeni ürək problemləri ilə üzləşirlər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ Veteranların İşləri Departamentinin tədqiqatçıları peyvəndlər hazırlanmamışdan əvvəl koronavirusa yoluxmuş 153 760, virusa yoluxmayan 5,6 milyon və məlumatları daha əvvəl toplanmış 5,9 milyon insan arasında ürək-damar problemlərinin nisbətini müqayisə ediblər. 

Əldə edilən məlumatlarda COVID-19 infeksiyasının kəskin mərhələsindən sağaldıqdan orta hesabla 1 il sonra infarkt keçirmə riskinin 63%, ürək ritminin pozulması riskinin isə 69% daha yüksək olduğu bildirilib.  İnsult riski 52%, ürək çatışmazlığı riski isə 72 faizdir. 

"Nature Medicine"də dərc edilən məqalədə ağciyərlərdə potensial ölümcül qan laxtalanma riskinin digər 2 qrupa nisbətən təxminən 3 dəfə yüksək olduğu vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.