Sağlamlıq

Koronavirusdan sonra yaddaş necə bərpa olunur?

26 Dekabr 2021 22:44
1 Şərh     Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19-dan sağaldıqdan sonra yaranan yaddaşsızlıq problemini zehni təlimlə aradan qaldırmaq mümkündür.

Milli.Az xəbər verir ki, bu barədə Engelhardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov və nevroloq Pavel Xoroşev danışıb.

"Bərpa zədənin dərəcəsindən asılıdır, bu, kiçik damarların tromblaşması, yaddaşa cavabdeh olan müəyyən sayda neyronların söndürülməsi ilə əlaqədardır. Nəticədə, bütün əlaqələr bərpa edilmir, ancaq yaddaş bərpa olunur. Və burada yaddaş təlimi vacibdir. İnsan beyni çox plastikdir və sinir hüceyrələri yaşla əlaqədər daha ləng bərpa olunur", - Çumakov müsahibəsində bildirib.

"Hər şey yalnız təlimdən asılıdır, yüklənmə varsa, orqan yaşayır, yoxdursa, orqanizm bu və ya digər strukturu bərpa etməyəcək", - nevroloq vurğulayıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.