Həkimə qədər diabetin olmağını təyin etmək üçün 3 əsas əlamətə diqqət yetirmək lazımdır. Bunlar ağızda daim quruluq, su içmək istəyi, tez-tez sidiyə getmək.
Milli.Az xəbər verir ki, həkim terapevt Sura Dadaşova diabetin digər erkən əlamətlərini açıqlayıb.
Hətta analizsiz də bu əlamətlər yüksək şəkərin göstəricisidir: dərinin quruması, tez tərləmə, ümumi zəiflik, yorğunluq, yaraların gec sağalması. Əgər əvvəllər təzyiqi olmayan insanın birdən -birə təzyiqi yüksəlirsə, bu da şəkərin təsiri ola bilər.
Şəkərin profilaktikası üşün ildə bir dəfə HbA1 və qanda qlükoza analizi verilməlidir. /medicina.az
Milli.Az