Sağlamlıq

Qidalarda olan hormonların zərərləri - Xərçəng riski

31 Dekabr 2021 19:49
0 Şərh     Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hormonlar heyvandarlıqda, pomidor, badımcan, kartof, balqabaq, üzüm, alma, bostan məhsulları, buğda, arpa, yulaf, çovdar, çəltik kimi bir çox qida məhsullarının becərilməsində istifadə edilə bilər.

Milli.Az xəbər verir ki, qidalarda istifadə edilən hormonların insan sağlamlığına mənfi təsirləri var.

Xərçəngə tutulma riskini artırır!

Qidalarda istifadə olunan hormonlar xərçəngə tutulma riskini artırır. Bu hormonlardan biri süd məhsuldarlığını artırmaq üçün inəklərə yeridilmiş hormondur (rBGH).

rBGH süddə insulinə bənzər böyümə faktorunun (IGF-I) artmasına səbəb olur. IGF-I həm normal hüceyrələrin, həm də xərçəng hüceyrələrinin böyüməsinə səbəb olur.

Hormonal pozğunluqlara səbəb olur!

Hormonlu qidalar orqanizmdə şişlik və piylənməyə səbəb olur, erkən cinsi yetkinlik dövrünə təsir edir. Qadınlarda menstrual pozğunluqlar, kişilərdə sperma sayının azalması, bədəndəki hormon tarazlığını pozaraq süd vəzilərinin böyüməsi kimi problemlərə əsas yaradır.

Allergik reaksiyalara səbəb ola bilər!

İnsanlarda hormonal qidaların yaratdığı digər sağlamlıq problemi allergik reaksiyalardır. Qida allergiyası immunitet sistemi ilə əlaqədardır və hormonları olan qidalar immunitet sistemində pozğunluqlara səbəb olur. Nəticədə dil və dodaqların şişməsi və qaşınması, gözlərin qızarması və şişməsi, tənəffüs çətinliyi, qarın ağrısı, ishal, qusma və ekzema kimi əlamətlər ortaya çıxır. /aztibb.az/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.