Gürcüstan

Gürcüstanda matəm elan edildi

8 Yanvar 2025 19:54
Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, yanvarın 9-u ölkədə matəm günü elan olunub.

Milli.Az "Sputnik"ə istinadən xəbər verir ki, qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəli şəkildə həyatını itirməsi ilə bağlıdır.

Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb. Yanğında beş azyaşlı uşaq həyatını itirib.

Rəsmi məlumatlara görə, həlak olan uşaqların dəfn mərasimi sabah keçiriləcək.

Matəm günü ilə əlaqədar ölkədə dövlət qurumlarında bayraqlar endiriləcək və bir çox tədbirlər təxirə salınacaq. Gürcüstan hökuməti vətəndaşları həmrəylik göstərməyə və ehtiyac duyulan ailələrə dəstək olmağa çağırıb./oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.