Kavelaşvili qonşu ölkələrlə əlaqələrdən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gürcüstan Cənubi Qafqazda sülhü dəstəkləməklə yanaşı, Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələri möhkəmləndirir".
Milli.Az bildirir ki, bunu Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili bu ölkədə akkreditə olunan diplomatların "Səfirlər - 2024" konfransında deyib.
O əlavə edib ki, həmin siyasət daha da inkişaf etdiriləcək. M. Kavelaşvili Gürcüstan - ABŞ münasibətlərinə də toxunub.
Bu ölkənin yeni liderinin sözlərinə görə, yeni hakimiyyətin ABŞ ilə münasibətlərdən gözləntiləri ölkələr arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və bütün sahələrdə əməkdaşlığın inkişafıdır:
"Ölkəmiz Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində maraqlıdır. Bu məqsədlə Azərbaycan, Türkiyə və Ermənistanla münasibətləri daha da inkişaf etdirir. Ölkəmiz bu məsələdə önəmli səylər göstərir. ABŞ ilə prioritetimiz dəyişməz qalır. Biz Tramp Administrasiyasından ikitərəfli əlaqələrdəki anlaşılmazlıqların aradan qaldırılmasını, eləcə də Strateji Tərəfdaşlıq haqqında Xartiyada müəyyən edilən prioritetlərin reallaşdırılmasını gözləyirik".
Yeni prezident M.Kavelaşvili ölkənin Konstitusiya ilə müəyyənləşdirilən qərbmeylli kursunun həm daxili, həm də xarici siyasətdə təxribat həyata keçirilməsi üçün alətə çevrildiyini deyib.
Yeni dövlət başçısı Gürcüstanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlara başlamağa hazır olduğunu bir daha təkrarlayıb:
"Bu kimi addımlar cəmiyyətdə qütbləşmə meyllərinin yayılmasına səbəb olur. Elə ona görə də bizim əsas vəzifəmiz bu halların qarşısını almaqdır. Əsas məqsədimiz Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmaqdan ibarətdir. Gürcüstan 2030-cu ildə Aİ-yə üzvlüyə tam hazır olacaq, lakin indidən bu məqsədlə danışıqlara başlamağa hazırıq". /Apa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
XƏBƏR LENTİ
-
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)





