Gürcüstan

NATO Gürcüstana xüsusi status verdi

17 İyul 2022 11:30
0 Şərh     Baxış: 1 306
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

NATO Gürcüstana Aralıq dənizində təhlükəsizlik üzrə əməliyyatlarda tərəfdaş statusu verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze Potidə Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

Şaradzenin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələri NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.