Gürcüstan

Gürcüstanda faşizm üzərində Qələbə Gününün tarixinin dəyişdirilməsi təklif olunur

17 Aprel 2022 13:45
Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamentində müxalifəti təmsil edən bir neçə deputat faşizm üzərində Qələbə Gününün mayın 9-u əvəzinə mayın 8-də qeyd olunmasını təklif edir.

Milli.Az report-a istinadən xəbər verir ki, parlament üzvləri bununla bağlı ölkənin Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıblar.

Layihədə qeyd olunub ki, SSRİ dönəmində yaranmış ənənəyə görə, sovetlər birliyinin süqutundan sonra da Rusiya və postsovet ölkələrində, o cümlədən Gürcüstanda Qələbə Günü mayın 9-da qeyd olunur: "Bu məsələdə Baltikyanı ölkələr və Ukrayna istisna təşkil edir. Bu ölkələrdə Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Çexiya və digər dövlətlərdəki kimi Qələbə Günü mayın 8-də qeyd edilir".

Layihə müəllifləri mayın 8-nin qeyri-iş günü elan olunmasını təklif edirlər.

Dəyişiklikır layihəsi qanunverici orqanın aprelin 18-də büro iclasında təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.