Bakıda "Caspian Motor Show" beynəlxalq sərgisi keçiriləcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün əvvəl "Trend" informasiya agentliyinin konfrans zalında ITF GROUP şirkətinin mətbuat konfransı keçirilib. Konfrans zamanı şirkətin təsisçisi Ağahəsən Mürtəci və baş direktoru Nizami Gözəlov KİV nümayəndələrinə elan edib ki, bu il bir neçə beynəlxalq sərgi keçiriləcək.
N.Gözəlov 2017-ci ildə planlaşdırılan sərgilər barədə daha ətraflı məlumat verib.
28-30 iyun tarixlərində Bakı Ekspo Mərkəzində ITF GROUP-un təşkil edəcəyi və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu ("AzPromo"), Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, İpək Yolunda Sahibkarlığa Dəstək İctimai Birliyinin dəstəyi ilə istehsalçı firmaların və onların distribütorlarının təmsil olunduğu avtomobil, ehtiyat hissələr, avadanlıqlar və aksessuarların beynəlxalq sərgisi - "Caspian Motor Show" keçiriləcək. 8000 m² sahədə keçiriləcək sərgiyə bütün məşhur avtomobil istehsalçıları və onların distribütorları dəvət olunub.
A.Mürtəci deyib: "Bu sərginin məqsədi avtomobil sahəsində yeni texnologiyaların və yeni nailiyyyətlərin nümayiş etdirilməsidir. Biz ekologiyanın mühafizəsinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasının tərəfdarıyıq. Ona görə də biz sərgidə bunları həyata keçirməyə imkan verən texnologiyaları nümayiş etdirmək istəyirik".
Nizami Gözəlov öz növbəsində qeyd edib ki, bu sərgi Azərbaycanın avtomobil sahəsində maraqlı olan xarici investorları cəlb etməyə imkan yaradacaq, ölkəmizə investisiya axını isə avtomobil istehsalının inkişafını təmin edəcək. "Bu cür tədbirlərin keçirilməsi təkcə iqtisadi perspektivlər açmır, həm də ölkəyə investisiyanın cəlb olunmasına imkan yaradır. Bununla əlaqədar olaraq biz bu sərgiyə məmnunluqla iqtisadiyyat, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərini, eləcə də bu sahə ilə məşğul olan təşkilatları və ekspertləri dəvət edirik".
A.Mürtəci əlavə edib: "Ümid edirik ki, sərgi mühiti qonaqlarla iştirakçılar arasındakı ünsiyyət iqtisadiyyatın yaxşılaşmasına, istehsalat sektorunun güclənməsinə, investisiyaların cəlb olunmasına, yeni layihələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına xidmət edəcək".
Bundan başqa ITF Group-un təsisçisi bildirib ki, fikir və təcrübə mübadiləsi məqsədilə sərgi ilə paralel olaraq Azərbaycanda avtomobil istehsalı ilə tanış olmaq istəyən beynəlxalq şirkətlərin, eləcə də bu sahə üzrə ekspertlərin, mütəxəssislərin və tədqiqatçıların iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 25 il ərzində 200-dən çox müxtəlif sərgi və biznes-forumlar təşkil etmiş ITF Group tərəfindən bu il "Caspian Ind Expo" (Caspian Industry Expo) Beynəlxalq sənaye sərgisi (13-15 sentyabr) və "Halal Product Expo" beynəlxalq halal məhsullar sərgisi (13-15 dekabr) təşkil ediləcək.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video





