Milli.Az xəbər verir ki, dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq "Telekommunikasi
Hər il sərgi və konfransa qatılan mötəbər qonaqlar sərginin rəsmi açılış mərasimində, sərgi çərçivəsində keçirilən konfrans və digər tədbirlərdə iştirak edirlər. 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət sərgiyə qatılmış və yüz mindən çox ziyarətçi sərgidə iştirak etmişdir. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz milli pavilyonları ilə çıxış etmişlər. Hazırda bazarda uğurla fəaliyyət göstərən yerli iri şirkətlərin başlanğıc platforması məhz "Bakutel" sərgisi olmuşdur. Sərginin daimi iştirakçıları sırasında: "Avirtel", "Azercell Telecom LLC", "Azerfon LLC", "Azqtel", "Aztelekom İB", "BAKCELL", "BestComp Group", Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "Caspel", "Сaspian Navtel", "Connect", "Delta Telecom LTD", "Iskratel", "Microsoft Azerbaijan LLC", "R.I.S.K.", "SINAM", "Smart Systems Technology LLC", "Softline International", "Teleradio İB" və "Ultra Technologies" şirkətləri var. Sərgi hazırda qlobal informasiya mühitinə inteqrasiyaya, İKT üzrə milli məhsulların istehsalına və müasir informasiya-komm
"BAKUTEL-2014" SƏRGİSİNDƏ "YÜKSƏK TEXNOLOGİYALAR HƏFTƏSİ"
Yubiley "Bakutel" sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir ki, bu şirkətlər arasında da aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribyutorları var. Sərginin ekspozisiyası və konfransın keçirilmə yeri Bakı Ekspo Mərkəzinin üç zalını və foyesini əhatə edir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu foyedə yerləşir. Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsi üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da burada təşkil olunub.
Bakıda keçirilən sərgidə Beynəlxalq Telekommunikasiy
Azərbaycan Bakı-2015 Birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır və "Bakutel" sərgisi bu əlamətdar hadisəni əks etdirməyə bilməzdi. Kompleksin foyesində yerləşən "Bakı-2015" adlı stend Avropa oyunlara hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.
"Bakutel" sərgisində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə milli pavilyonların fəal iştirakı artıq sərginin xoş ənənəsinə çevrilib. Bu il Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir sıra digər ölkələr sərgidə maraqlı və innovativ layihələri, habelə İKT sahəsi üzrə məhsul və xidmətləri təqdim edirlər. Bütün milli pavilyonlar Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşir.
Ümumi eksponentlərin 40%-ni təşkil edən daimi iştirakçılar, habelə sərginin debütantlar isə kompleksin birinci zalında yerləşir. Qeyd etmək lazımdır ki, bu il yeni iştirakçılar böyük fəallıq göstərirlər. Sərginin debütantları əsas etibarilə Azərbaycanın iqtisadi göstəricilərində
Debütantların arasında bu il rekord sayda təmsil olunan "startap"lar var. Azərbaycan Respublikası Rabitə vəYüksək Texnologiyalar Nazirliyi tərəfindən "startaplar"a fəal dəstək göstərilir və bu cür dəstək "Bakutel" sərgisinin də ənənələrindən biridir. Regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye liderləri və dövlət strukturları ilə yanaşı iştirak etmək, eləcə də dövlət və özəl investisiyaları cəlb etmək məqsədilə fərdi layihələri təqdim etmək üçün unikal imkan yaradılır. Bu il ölkənin 30-dan artıq gənc layihəçisi bu imkandan istifadə etmişdir və onlar sərgi çərçivəsində öz innovativ proqram və xidmətləri barədə danışacaqlar. Bütün "startap"lar Bakı Ekspo Mərkəzinin ikinci zalında Yüksək Texnologiyalar Parkının stendində yerləşəcəklər. Sərgidə həmçinin aprel ayında Bakutel sərgisinin dəstəyi ilə keçirilən Startup Weekend Baku yarışının qalibi olan "Square Message" layihəsinin müəllifləri də iştirak edəcəklər. Maraqlı layihənin mükafatı olaraq həmin qaliblərin bu il stendlə iştirakını Bakutel sərgisinin təşkilati komitəsi təşkil etmişdir.
"Bakutel-2014" sərgisinin baş sponsoru "İntel" (ABŞ) korporasiyasıdır
İKT YENİLİKLƏRİ
Son 10 il ərzində Azərbaycanda telekommunikasiy
Bu il sərginin ekspozisiyası aşağıdakıları təqdim edir: telekommunikasiy
Sərgidə həmçinin fiber-optik kabellərin bitişdirilməsi (birləşdirilməsi
YUBİLEY PROQRAM
Sərginin 20 illik yubileyi ilə əlaqədar olaraq əlavə tədbirlər proqramının keçirilməsi planlaşdırılmış və həyata keçirilmişdir. Yubiley proqramı çərçivəsində keçirilən ilk tədbir noyabrın 8-də "High Tech Park" kompleksində təşkil edilmiş "Yeni həyat: texnologiyadan incəsənətə" adlı tədbir oldu. Bu dəfə "Bakutel" sərgisinin iştirakçıları öz övladları ilə birlikdə kompüter detallarından sərginin yubiley loqosunu və "Bakutel" saatını hazırladılar. Bu hadisə öz həmfikirləri ilə qeyri-rəsmi şəraitdə görüşməkdən məmnun qalan eksponentlər üçün əsil bayram oldu. "Bakutel" sərgisinin bütün ziyarətçiləri isə hazırlanmış bu loqonu bilavasitə sərgidə görə biləcəklər. Bundan başqa, foyedə son 20 il ərzində sərginin tarixi məqamlarını əks etdirən yubiley stendi də yerləşdiriləcəkd
"Iteca Caspian" şirkəti yubiley sərgilər zamanı ən yaxşı tələbələrin mükafatlandırılm
Bundan başqa, bütün iştirakçı və ziyarətçiləri yubiley sərgiyə həsr olunmuş müxtəlif hədiyyə və suvenirlər gözləyir. Müasir oyun texnologiyaların
İŞGÜZAR PROQRAM
Yubiley "Bakutel" sərgisi bütün dünyada İKT üzrə ən son təmayülləri, habelə Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərini müzakirə etməyə imkan verən mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilir. Sərginin bütün iş günləri ərzində sərgi çərçivəsində Bakı Ekspo Mərkəzinin üçüncü zalında bir sıra tədbirlər təşkil olunacaq. Belə ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən "Əşyaların interneti" adlı konfransında inkişaf edən internetin yeni mərhələsi ilə bağlı olan məsələlərə toxunulacaq.
Məruzəçilərin arasında Beynəlxalq Telekommunikasiy
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP) və "Microsoft" şirkəti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan "eGov 3.0: İnkişaf təmayülləri və yeni imkanlar" adlı beynəlxalq konfrans dünyada və ölkəmizdə elektron hökumətin formalaşdırılmas
"İnformatika təhsili - günümüzün çağırışları" mövzusunda keçiriləcək konfrans isə Azərbaycanda bu gün müasirləşməyə və yeni metodlara ehtiyac duyan İKT təhsili mövzusuna toxunacaq. Konfrans İKT sahəsi üzrə təhsil proqramları ilə məşğul olan "ACM Chapter" təşkilatının iştirakı ilə keçirilir (Bakı Ekspo Mərkəzi, 3 dekabr). Həmçinin, "Bakutel" sərgisi çərçivəsində Azərbaycanda "İT sahəsində qadınlar: Femmes Digitales" adlı ilk qadın klubunun açılışı da keçiriləcək.
Bundan başqa, sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində "Molex", "AcmChapter", "Karel / Coriant", "Smart Communications", "ROMSAT", "RiT Technologies" və "Vision Solutions" şirkətləri tərəfindən 8 seminar təşkil olunacaq (Bakı Ekspo Mərkəzi, 3-4 dekabr). Sərginin rəsmi veb-saytında bütün seminar və konfransların geniş proqramı ilə tanış ola bilərsiniz: www.bakutel.az
DƏSTƏK / TƏŞKİLATÇILAR
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakutel" sərgisinin təşkili və inkişafı üçün əvəzsiz dəstək göstərir. Sərgini dəstəkləyən digər yerli strukturlar arasında isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) var. Sərgini artıq uzun illər boyu Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiy
http://www.bakut
Milli.Az