Eurovision

"Eurovision" qalibləri ilə bağlı oğurluq iddiası

25 May 2021 19:48
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zitti E Buoni" mahnısı ilə "Eurovision 2021"in qalibi olan İtaliyanın "Maneskin" qrupu ilə bağlı qalmaqal bitmək bilmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl narkotik maddə istifadə etdiyi deyilən qrupun solisti test verərək adını təmizə çıxarıb.

Bu dəfə qrup oğurluqda ittiham olunur. "Zitti e Buoni" mahnısı ilə bağlı bağlı qalmaqal yaşayan qrup birinci olduqdan sonra iddialar daha da güclənib.

2015-ci ildə işıq üzü görən "FDT" adlı mahnıya bənzətildiyi deyilən "Zitti e Buoni" səs-küyə səbəb olub. Daha sonra "Nebra" adlı başqa bir italyan qrup mahnının 2018-ci ildə gitara ilə hazırlanan versiyasına sahib olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.