Elm

Pifaqor teoremini Pifaqor icad etməyib - FOTO

10 Oktyabr 2023 00:52
Baxış: 6 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Riyaziyyatda ən məşhur kəşflərdən biri Pifaqor teoremidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iki min ildən artıqdır ki, heç kim qədim dahi şəxsiyyətin üstünlüyünə meydan oxumağa cəsarət etmir.

Lakin belə bir "qəhrəman" 21-ci əsrdə tapılıb. Bu, Rutgers Universitetindən riyazi statistika üzrə fəlsəfə doktoru olan Bryus Ratnerdir.

Alim Pifaqorun doğulmasından min il əvvəl "Pifaqor teoremi"nin tətbiqinə dair maddi sübutlar təqdim edib. Sübut eramızdan əvvəl 1800-1600-cü illərə aid qədim Babildə tapılan gil lövhənin üzərində cızılıb. Pifaqor isə eramızdan əvvəl 570-ci ildə anadan olub. Lövhədə Pifaqor teoreminin birbaşa isbatı yoxdur, lakin onun teoreminin tətbiq edildiyini göstərən hesablamalar var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.