Məktəblərdə yeni fənn tədrisi: nəticə olacaqmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dərsdənkənar məşğələlərdə bütün şagirdlər iştirak etmir, bu, könüllü olur. Hansısa fənnin daxilində tədris edilərsə, daha məqsədəuyğun olar. Yoxsa tam istədiyimizi ala bilməyəcəyik.
Milli.Az bildirir ki, bu barədə axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi məktəblərdə gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzunun parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasındakı birinci oxunuşda müzakirəyə çıxarılmasına münasibəti zamanı deyib.
"Hazırda gündəmdə baş verən hadisələri izlədiyimiz zaman istər gender bərabərliyinin pozulması, istərsə də şəxsiyyətlərarası münasibətlərin pozulması faktlarını görürük. Əvvəllər məktəblərdə "İnsan və Cəmiyyət" fənni tədris olunurdu. Həmin dərs neçə vaxt olar ləğv olunub. Ona müvafiq olaraq belə bir fənnin tədris olunması, düşünürəm ki, şagirdlərin şəxsiyyətlərarası münasibətləri öyrənmələri, eyni zamanda, kişi və qadın hüquqlarının bərabərliyi məsələlərini bilmələri baxımından vacib əhəmiyyət kəsb edəcək. Biz baxırıq ki, qadınların, kişilərin hüquqları bu və digər şəkildə pozulur. Gələcəyi düşünsək, baş vermiş neqativ halların qarşısını ala bilərik", - o vurğulayıb.
Ekspertin sözlərinə görə, dərsdənkənar məşğələlər adətən şagirdlər tərəfindən birmənalı yanaşılmır:
"9-10-11-ci sinif şagirdləri ali təhsil müəssələrinə hazırlaşırlarsa, onlar düşünəcək ki, gender bərabərliyi ilə bağlı mövzuya vaxt ayırmaqdansa, gedib hazırlaşdığım fənni oxuyaram. O nöqteyi-nəzərdən düşünürəm ki, yuxarı siniflərdə effektiv nəticəsi olmaz. Hansısa fənnin daxilində, ya da ayrıca fənn kimi tədris olunarsa, qiymətləndirilməsi həyata keçirilərsə, o zaman bir qədər maraqlı nəticə görmək olar", - Elçin Əfəndi bildirib.
Qeyd edək ki, bu gün keçirilən onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
-
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
-
Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)
-
Günün qoroskopu: Günün əsl ulduzu siz olacaqsınız
-
Nardaranda su nasosunda sıxılı qalan 4 yaşlı uşaq ölüb - Yenilənib
-
Alla Puqaçova bir çıxışı üçün 200 min manat tələb edir
-
Bakıda məktəb binasının icarə haqqı niyə ödənilmir? - Mülk sahibi ilə Təhsil İdarəsi arasında -mübahisə (Video)
-
İranda canlı yayımda mesaj oxuyan molla biabır oldu - (Video)
-
Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi
-
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” (Foto)
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
-
Ermənistan Prezident Administrasiyasına yeni rəhbər təyin olundu
-
Böyükşor gölü yaşıl rəngdə - Analiz aparılır - (Foto)
-
Qubada 4,9 ballıq zəlzələ oldu - FHN-dən açıqlama - Yenilənib
-
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
-
Süni intellekt gələcəyin peşələrini açıqladı: Bir çoxu hələ mövcud deyil
-
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
-
"Qarabağ"ın qapıçısı Koxalski ilə azyaşlı azarkeşlər arasında söz davası - (Video)
-
Trampla Maskı barışdıran səbəb açıqlandı





