Təhsil

Elmar Qasımov: “Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun”

27 Aprel 2020 16:41
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə video-konfrans keçirib. 

Video-konfransda Koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində
ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verilib.

Qeyd edilib ki, mart ayından ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən "Microsoft Teams" və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub. Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib. Video konfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfrasda çıxışı zamanı ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb. O, bu təklifi pandemiya dövründə
tədrisdə yaranan risklərin minimallaşdırması və qlobal virusdan təsirlənən tələbə ailələrinə
dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib. 
Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.