Təhsil

“Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm”

10 Oktyabr 2019 10:18
6 Şərh     Baxış: 3 656

İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır.

Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycanın ilk təhsil naziri Firudin Cəlilov bakupost-a müsahibəsində testi ölkəyə kim gətirib sualına cavab verərkən deyib  deyib.

O, test üsulunun Azərbaycana Vurğun Əyyubun deyil, özünün gətirdiyini qeyd edib:

"Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu, çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya "hə" de, ya "yox". Konkret razılıq vermədi. Orada bizim Elçibəylə xoş olmayan deyişməmiz oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbər və başqaları da iştirak edib. Amma 30 ildə birinin qanacağı çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə kim gətirib və ilk test imtahanını kim keçirib.. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib.

Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuldur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim yalnız Vurğun ola bilər. Çünki o çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. Təbii ki, Elçibəyin sonrakı razlığı olmasaydı və Vurğun bəyin gərgin əməyi olmasaydı, test imtahanı baş tutmayacaqdı. 1993-cü ildən 2005-2006-cı ilə qədər "Musavat" qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də gəlmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    XXX · 10 Oktyabr 10:3634

    INDIYE KIMI DANISMAMISAN BES ONDA VURGUN AYYUB OLENDEN SONRA NE UCUN DANISIRSAN,SAGLIGINDA DANISMAQ LAZIM IDI

    Cavab yaz
  • Anonim
    Alimardan · 10 Oktyabr 10:4154

    eyyib olsun, başqa sozum yox. sen eyer bunu Vurğunun sağlığında demeye curetin catmayibsa, o rehmete gedenden sonrada dememeliydin. bu, onun dalinca danismag oldu.

    Cavab yaz
    • Anonim
      12345 · 10 Oktyabr 11:1913

      Xxx,alimardan sehviniz var,bu kiwi kimi demeyib ki bu dunyadan ĝözü tox köçsün.birdeki onu 15 kiwi bilirdi heç biride dile getirmeyib,yeni sizi qederde bilmeyibler..?

      Cavab yaz
      • Anonim
        Alimardan · 10 Oktyabr 14:1521

        bu sohbet sen başa düşən şey olmadi.

        Cavab yaz
  • Anonim
    Adsiz · 10 Oktyabr 13:4510

    Keçmiş nazir deyirki prezidentin qapısını vurub çıxdım,həcdə inandırıcı deyil.

    Cavab yaz
  • Anonim
    mn · 10 Oktyabr 16:5600

    Düz deyirsiz,amma 1991 də testlə Türkiyəyə göndərilən uşaqlar hamısı imkanlı uşaqlar olub,Vurğun isə 1992 də ədalətli testi Bakıda keçirdi.Özünüz də deyirsiz prinsipial idi,prinsipal da yaşadı,prinsipial da öldü. Allah rəhmət eləsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.