Təhsil

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22 Avqust 2019 11:02
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.