“Maarifçi”lər arasında intellektual oyun keçirilib (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV "Maarifçi" tələbə-məzun proqramı çərçivəsində iştirakçılar arasında "Nə? Harada? Nə zaman?" formatında intellektual oyun keçirilib.
İntellektual oyun "Maarifçi"lərin asudə vaxtının səmərəli təşkili, şəxsi və peşəkar inkişafının dəstəklənməsi, komanda ruhunun gücləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə təşkil olunub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarışda iştirakçılar 6 komandaya bölünərək bilik və məntiq bacarıqlarını sınayıb. "Murov", "Aypara", "Rəşadət", "İstiqlal", "Füyuzat" və "Çələbi" adlanan komandalar müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar.
Rəqabətli mübarizə şəraitində keçən yarış iştirakçıların biliklərini nümayiş etdirməklə yanaşı, komanda işi, çevik düşünmə, məntiqi təhlil və qərarvermə bacarıqlarının inkişafına da töhfə verib.
Yarışın sonunda qalib komanda müəyyənləşdirilib. Qalib komandaya diplom, fərqlənən iştirakçılara isə "Ən yaxşı komanda oyunu göstərən", "Ən hazırcavab" və "Ən pozitiv" nominasiyaları üzrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, "Maarifçi" tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Pezeşkianla Xameneinin görüntüləri yayıldı - (Video)
-
Azərbaycanda dollara tələb kəskin azaldı
-
"Hapoel Beer-Şeva" - "Sabah" matçının hakimləri bəlli oldu - (Foto)
-
Pensiyalarla bağlı vacib məlumat
-
Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi
-
Nigar Cəbrayılovaya vəzifə verildi
-
“Sumqayıt”ın kapitanı meydandan qovuldu, şüşəni sındırıb xəstəxanalıq oldu - (Foto)
-
Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir
-
Kamil Zeynallı: "Yaxşı ki, 1 il həbs olundum, çox şey dəyişdi"
-
“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir? - Dosye - (Foto)
-
Sabah 36 dərəcə isti olacaq
-
Tramp Şennon Brimə qəzəbləndi: “Verilişi yarıtmaz vəziyyətdədir”
-
“Maarifçi”lər arasında intellektual oyun keçirilib (Foto)
-
İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı
-
Bu gün "Qarabağ"ın matçı var
-
Azərbaycanda “su pulu” ilə bağlı vacib xəbər – Qiymət...
-
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşdiriləcək
-
Bakıda futbol oynayan gənc oğlan öldü
-
İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib
-
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
-
Prezident Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verdi
-
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - Səbəb
-
"Hamı, bacım da deyir ki, Maykl Ceksona bənzəyirsən"
-
Hovuzda uşaqların təhlükəsizliyi üçün valideynlər nələrə diqqət etməlidir?





