Ölkə

Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşdiriləcək

17 Avqust 2026 12:13
Baxış: 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahələrinin xüsusi mülkiyyətdə olan əmlak və ya torpaq sahələri ilə dəyişdirilməsi qaydasının təsdiq edilməsi nəzərdə tutulur.

Bu Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanında öz əksini tapıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Frəmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin üçüncü abzasına uyğun olaraq, dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində təsdiq etməlidir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.