Təhsil

Xaricdə təhsil şirkətlərinin tələsi: Vətəndaş 3520 dollarını geri ala bilmir

13 Yanvar 2026 20:35
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaricdə təhsil almaq istəyən bir çox vətəndaş vasitəçi şirkətlərə müraciət edir, lakin bu proses hər zaman uğurlu olmur.

Milli.Az xəbər verir ki, şikayətçi olan vətəndaş bildirib ki, Bakıdakı "Max Group" MMC ilə bağladığı müqavilə əsasında Türkiyənin İzmir Demokratiya Universitetinə qəbul olunacağı vəd edilib, lakin sonradan aldadıldığını görüb.

O, qeyd edib ki, 2025-ci ilin fevralında tələb olunan sənədləri təqdim edib və 4 000 dollar məbləğində ödəniş edib. Lakin uzun müddət keçməsinə baxmayaraq, universitetdən qəbul məktubu göndərilməyib. Pulunu geri tələb edən şikayətçiyə Həsən Cəfərli tərəfindən 21 170 TL (o dövrün məzənnəsi ilə 480 dollar) qaytarılıb. Lakin hazırda şirkət Aysuya hələ də 3 520 dollar borcludur və məbləğ ödənilməyib.

Təhsil üzrə ekspert Ramin Nurəliyev bildirib ki, xaricdə təhsil xidmətləri göstərən şirkətlərin yarıdan çoxu dələduzluq halları ilə əlaqəlidir. Onun sözlərinə görə, Türkiyədə bəzi universitet işçiləri vətəndaşlarla əlaqə yaradaraq, müəyyən ödəniş qarşılığında ixtisasları təqdim edir və valideynlər vasitəsilə bu xidmətləri satırlar.

Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, qurum xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında tanınmayan universitetlərin siyahısı yerləşdirilib. Valideynlər və abituriyentlər xaricdə təhsil şirkətlərinə müraciət etdikdən sonra seçilən universitetin bu siyahıda olub-olmadığını mütləq yoxlamalı və tanınmayan ali təhsil müəssisələrinə qəbuldan imtina etməlidirlər.

Asya
Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.