Baş nazir diplomlarla bağlı Qərar imzaladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydası təsdiqlənib.
Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun dublikatı verilir.
Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və ərizəni təsdiq edir.
Ərizəçi elektron kabinetində olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizə və ya sənədlərdə qeyridəqiqlik ("İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və müəssisədən məzunolma barədə əmrlər, dövlət imtahan komissiyasının protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda), təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib olunur.
Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (ali təhsil müəssisəsi yenidən təşkil edildiyi halda həmin müəssisənin hüquqi varisi olan ali təhsil müəssisəsinin, ləğv olunduğu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
Milli.Az
XƏBƏR LENTİ
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib





