Təhsil

Xadimə qadın 37 yaşında tələbə oldu - FOTO

25 Avqust 2025 12:27
Baxış: 906
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Milli.Az xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.  

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar  Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub. 

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib. 

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub. /"Baku Tv"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.