Yüksək bal toplayanlar buna görə universitetə girə bilmədi - 620 bal yığan da...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
600-dən yuxarı bal toplayan 10 abituriyent ali məktəblərə qəbul ola bilməyib. Onların əksəriyyəti IV ixtisas qrupunda tibbi ixtisası seçənlər olub.
Təhsil ekspertlərinin sözlərinə görə, yüksək bal toplasalar da, tələbə adını qazana bilməyənlərin əsas səbəblərindən biri ərizələrində məhdud sayda ixtisas kodu göstərmələridir.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, bir çox abituriyentlər Dövlət İmtahan Mərkəzinin dərc etdiyi "Abituriyent" jurnalında əvvəlki illərin ballarına baxaraq seçim edirlər. Lakin plan yerləri və real statistikaya nəzər yetirmədən yalnız müəyyən ixtisasları yazmaları onların müsabiqədən kənarda qalmasına gətirib çıxarır.
Onun sözlərinə görə, hətta 620 bal toplayan abituriyent belə hüquq ixtisasına qəbul ola bilməyib:
"Abituriyentlər topladıqları balın əvvəlki illərdə həmin ixtisaslara qəbul üçün kifayət etdiyini düşünürlər. Amma nəzərə almırlar ki, hər il plan yerlərinin sayı və digər namizədlərin göstəriciləri dəyişir".
Digər təhsil eksperti Adil Vəliyev isə qeyd edib ki, bəzi abituriyentlərin yalnız bir məqsədi olub - konkret bir universitetdə konkret bir ixtisas üzrə oxumaq.
"Onlar seçim zamanı alternativ ixtisasları göstərməyiblər. Nəticədə, qəbul ola bilməyiblər. Bu halda həmin abituriyentlər yüksək nəticələrini qoruyub növbəti il yenidən şanslarını sınaya bilərlər", - deyə o əlavə edib.
Ekspertlər gələcəkdə abituriyentlərə daha geniş seçim etməyi və statistik göstəriciləri diqqətlə nəzərdən keçirməyi tövsiyə ediblər. //Baku TV
Milli.Az
XƏBƏR LENTİ
-
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol - (Video)
-
Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq
-
Yıldız Tilbe özündən çıxdı, mühafizəçiyə əsəbiləşdi - (Video)
-
Qahirədə güclü partlayış - Ölənlər və yaralananlar var
-
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
-
O da "Fənərbağça"dan ayrıldı: Yeni klubu bəlli oldu
-
Yanğın törədən 5 nəfər tutuldu
-
Jurnalist ömrünün unudulmaz anları - Yol. Tale. İmza
-
“Instagram”da 10 il sonra dəyişiklik - (Foto)
-
Bu gün dənizə gedənlərin diqqətinə!
-
Aeroport yolunda “Opel”lə avtobus toqquşdu - (Foto)
-
Xuraman Şuşalının hovuz görüntüsü müzakirə yaratdı - (Video)
-
Azərbaycan avro bahalaşdı - Rəsmi
-
Məşhur şadlıq sarayı hərraca çıxarıldı
-
Aİ ucuz qaza hazırlaşırdı, İranla müharibə bütün hesabları alt-üst etdi
-
"Qalatasaray"da gözlənilməz ayrılıq
-
Yasamalda bəzi ərazilərdə işıq olamayacaq
-
Zaqatalada yeniyetmənin idarə etdiyi maşın aşdı: Yaralılar var
-
33 yaşlı boksçu vəfat etdi
-
Cavid Gülün qızı xəstəxanalıq oldu: "Heç vaxt belə ağır xəstələnməyib" - (Foto)
-
Xankəndi şəhərinə növbəti köç yola salınıb
-
Paket çay içənlər diqqət: Milyardlarla zərrəcik buraxır
-
Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi
-
Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır





