Təhsil

"O balla inəyi öldürəcəklər" - Məleykə Abbaszadə iradı maraqlı formada cavablandırdı

14 İyul 2025 14:46
Baxış: 1 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin bugünkü çıxışı maraqla qarşılanıb. 

Milli.Az xəbər verir ki, sədr ali təhsil müəssisələrinə ötənilki qəbul imtahanının nəticələri ilə bağlı keçirilən tədbirdə jurnalistin replikasını cavablayıb.

M.Abbaszadə bildirib ki, bəzi dövlət sifarişli ixtisaslara kim gəlirsə, dövlət öz hesabına mütəxəssis olmaq üçün onlara pul xərcləməyə hazırdır. Bu, kənd təsərrüfatına aid ixtisaslar, o cümlədən, baytarlıq ixtisasıdır. 

M.Abbaszadə zalda əyləşənlərdən birinin "O balla inəyi öldürəcəklər" replikasına belə cavab verib: "Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü..."

DİM sədrinin bu çıxışı zaldakılar tərəfindən müsbət qarşılanıb və alqışlarla müşayiət olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.