ABŞ səfirliyi Bakıda təhsil sərgisi keçirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika Beynəlxalq Təhsil Şurası ilə birgə "EducationUSA" məzunları sərgisini təşkil edib.
Trend-in məlumatına görə, sərginin açılışında çıxış edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara bildirib ki, ABŞ ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əvvəllər olduğu kimi bu gün də ən cəlbedici istiqamətlərdən biri olaraq qalır və son illər ərzində ABŞ-da təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb.
Gevaranın sözlərinə görə, 2023-2024-cü tədris ilində ABŞ-da 1130 nəfər azərbaycanlı tələbə təhsil alıb. Bu, əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur.
"Bu artıq dördüncü ildir ki, belə əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu rəqəmlər Amerika təhsilinin keyfiyyətinə artan marağı və inamı əks etdirir", - o bildirib.
Diplomat əlavə edib ki, azərbaycanlı tələbələr ABŞ-də oxuduqları zaman təkcə yüksək səviyyəli təhsil almırlar, həm də mədəniyyət səfirlərinə çevrilirlər, yeni dostluq əlaqələri qururlar və ölkəyə geri qayıtdıqda Azərbaycanın gələcəyinə təsir göstərə biləcək yeni ideyalar gətirirlər.
"Və bu yolda onlar tək deyillər - bir çox tələbə ABŞ universitetlərini seçir, çünki Amerika təhsil sahəsində dünya lideri olaraq qalır. ABŞ-də dünyanın ən yaxşı ali təhsil müəssisələri yerləşir, həmçinin müxtəlif ali məktəblər və idman növləri üzrə təqdim olunan çoxsaylı təqaüd proqramları mövcuddur", - deyə Gevara vurğulayıb.
O əlavə edib ki, ABŞ-də 5000-dən çox universitet və kollec fəaliyyət göstərir və onların hər biri müxtəlif təhsil proqramları təklif edir.
"Bəzən haradan başlamağı anlamaq çətin olur. Məhz buna görə ABŞ səfirliyi EducationUSA proqramını dəstəkləyir - bu proqram tələbələrə uyğun təhsil müəssisəsi və proqram seçməkdə kömək edir", - Gevara qeyd edib.
Qeyd edək ki, sərgi Amerika Birləşmiş Ştatlarında təhsil almağa maraq göstərən orta məktəb şagirdləri, tələbələr və onların valideynləri üçün unikal bir imkan olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb





